Azərbaycanda 2 avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri məlum olub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 123 nömrəli şəhərətrafı və 56 nömrəli şəhərdaxili avtobus marşrutlarının qaliblərini müəyyən edib.
"Sizinxeber.az" AYNA-ya istinadən xəbər verir ki, sentyabrın 5-də keçirilən müsabiqədə 123 nömrəli şəhərətrafı (Sumqayıt şəhəri, Sülh küçəsi – “Azadlıq prospekti” metro stansiyası) marşrut üzrə hüquqi şəxs “F.Rövşən” istehsalat müəssisəsi və 56 nömrəli şəhərdaxili (Bayıl yaşayış sahəsi – Səbail rayonu, Salman Mümtaz küçəsi) marşrut üzrə hüquqi şəxs “Xan Nəqliyyat” MMC komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Oxşar xəbərlər
AYNA: Bir neçə avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha iki avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"BakuBus" Zaqatala və Mingəçevirə sərnişin daşıyacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












