Azərbaycan və Monqolustan nəqliyyat sahəsində sazişlər imzalaya bilər
sizinxeber.az xəbər saytı

Azərbaycan və Monqolustan nəqliyyat sahəsində sazişlər imzalaya bilər


Monqolustan Azərbaycanla beynəlxalq avtomobil və hava nəqliyyatı ilə daşımalar haqqında sazişlər imzalamağı planlaşdırır.

Bu barədə “Sizinxeber.az” Monqolustanın Avtomobil Nəqliyyatı Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, sazişlər bu il həyata keçiriləcək yüksək səviyyəli səfər çərçivəsində imzalana bilər.

Bu cür sənədlərin imzalanması məsələsi Monqolustanın nəqliyyat və avtomobil yolları naziri Borxuugiyn Delgersayxanın Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.

Müzakirələr zamanı tərəflər Monqolustan və Azərbaycan arasında avtomobil daşımaları sahəsində əməkdaşlıq imkanlarını və əsas məqamları vurğulayıb, bu istiqamətdə dialoqu davam etdirməklə bağlı razılığa gəliblər.

"Nəqliyyat naziri B.Delgersayxan Monqolustan hökumətinin növbəti dörd il ərzində həyata keçirməyi planlaşdırdığı 14 meqalayihə barədə məlumat verib. O, iki ölkənin nəqliyyat və logistika sahəsində səmərəli əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirib", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Azərbaycan və Monqolustan səfər mübadiləsini və qarşılıqlı əməkdaşlığı aktivləşdirməklə bağlı razılığa gəlib
Monqolustan və Azərbaycan XİN-ləri arasında məşvərət görüşü olub
Azərbaycanın hökumət missiyası Monqolustanda səfərdə olub
Monqolustan Prezidenti Azərbaycana səfərə gəlib
Azərbaycan və Monqolustan XİN-ləri arasında ikinci siyasi məsləhətləşmələr keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər