Azərbaycan və Monqolustan səfər mübadiləsini və qarşılıqlı əməkdaşlığı aktivləşdirməklə bağlı razılığa gəlib
Bu gün Ulan-Batorda Monqolustan və Azərbaycan Xarici İşlər nazirlikləri arasında ikinci siyasi məşvərət görüşü keçirilib.
“Report” Monqolustan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, iclasa Monqolustan XİN-in dövlət katibi Munxtuşiq Lxanaacav və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov sədrlik ediblər.
Görüş zamanı tərəflər Monqolustan və Azərbaycan arasında qarşılıqlı siyasi və iqtisadi əlaqələrin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, energetika, mədəniyyət və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Bundan başqa, tərəflər regional və çoxtərəfli əməkdaşlıq məsələlərini, eləcə də 2025-ci il ərzində yüksək səviyyəli səfər, görüş və proqram mübadiləsinin təşkilini müzakirə ediblər.
Oxşar xəbərlər
Azərbaycan və Pakistan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Monqolustan Prezidenti 21 ildən sonra Türkiyəyə rəsmi səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Monqolustan Prezidenti Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













