Monqolustan və Azərbaycan XİN-ləri arasında məşvərət görüşü olub
Ulan-Batorda Monqolustan və Azərbaycan Xarici İşlər nazirlikləri arasında ikinci siyasi məşvərət görüşü baş tutub.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Monqolustanın Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Görüş Monqolustanın Xarici İşlər Nazirinin dövlət katibi Munxtuşiq Lxanaacav və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun sədrliyi ilə keçirilib.
Tərəflər Monqolustan və Azərbaycan arasında qarşılıqlı siyasi və iqtisadi əlaqələrin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, energetika, mədəniyyət və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Bundan başqa, tərəflər regional və çoxtərəfli əməkdaşlıq məsələlərini, eləcə də 2025-ci il ərzində yüksək səviyyəli səfər, görüş və proqram mübadiləsinin təşkilini müzakirə ediblər.
Oxşar xəbərlər
Azərbaycan və Monqolustan səfər mübadiləsini və qarşılıqlı əməkdaşlığı aktivləşdirməklə bağlı razılığa gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Pakistan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maldiv Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında siyasi məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












