Azərbaycanın dövlət rəsmiləri Aktauda hadisə yerinə baxış keçiriblər - YENİLƏNİB
Qazaxıstana ezam edilən Azərbaycanın dövlət rəsmiləri Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerə baxış keçiriblər.
“Sizinxeber.az”un məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisəni yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.
Azərbaycanın hökumət rəsmiləri "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı Qazaxıstanın Aktau şəhərindədir.
"Sizinxeber.az" xəbər verir ki, bunlar, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
Onlar Prezident İlham Əliyevin tapşırığı əsasında Aktauda yerli rəsmilərlə birlikdə qəza ilə bağlı araşdırma aparırlar.
Xatırladaq ki, qəza bu gün səhər saatlarında baş verib. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Hazırki məlumata əsasən 32 nəfər sağdır.
Oxşar xəbərlər
Hadisəni araşdırmaq üçün Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində 12 nəfər sağ qalıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanda qəzaya uğrayıb - XÜLASƏ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN: Təyyarə qəzasında sağ qalanlar arasında vəziyyəti ağır olanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












