Hadisəni araşdırmaq üçün Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Hadisəni araşdırmaq üçün Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər - YENİLƏNİB


“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi etməsi ilə bağlı hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.

***

12:30

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğramasını araşdırmaq üçün Prezident İlham Əliyevin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.

Oxşar xəbərlər

AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində 14 nəfər sağ qalıb- YENİLƏNİB-1
AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində sağ qalan 27 nəfər xəstəxanaya yerləşdirilib, 3-ü uşaqdır - YENİLƏNİB-3
AZAL: Qəzaya uğrayan təyyarədə 67 nəfər olub, sərnişinlər arasında uşaq yoxdur, sağ qalanlar var
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsində sağ qalanlar 10 nəfərdən çox ola bilər - YENİLƏNİB
Rusiya XİN: Qazaxıstandakı səfirliyimiz təyyarə qəzası ilə bağlı müvafiq qurumlarla əlaqədədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər