Şöbə müdiri: Su sektorunda müxtəlif qurumların olması pərakəndəliyə səbəb olub
Azərbaycanda su sektorunda bundan öncə müxtəlif qurumlar fəaliyyət göstərib. Bu da su ehtiyatlarının idarə olunmasında pərakəndəliyə gətirib çıxarıb.
"APA-Economics" xəbər verir ki, bunu Xəzər Su İnnovasiya Forumunda çıxışı zamanı Dövlət Su Ehtiyatları Agentliyinin "Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsin Hidroloji tədqiqatlar şöbəsinin müdiri Rəşail İsmayılov deyib.
O, bildirib ki, Azərbaycanda su idarəçiliyi sahəsində lokal səviyyədə ən uğurlu addımlardan biri vahid su siyasətinin aparılması, bütün su qurumlarının bir qurum halında birləşdirilməsidir:
"Yeni yaradılan Dövlət Su Ehtiyatları Agentliyinin qarşısında çox böyük strategiya var. Ölkədə su ehtiyatlarının kompleks şəkildə effektiv idarə olunması üçün çox böyük addımlar atılacaq. Mənbədən suyun götürülərək istehlakçıya təhlükəsiz çatdırılması, hidrotexniki qurğuların təhlükəsizliyi, su mənbələrinin monitorinqi birbaşa bu qurumun səlahiyyəti altındadır".
Oxşar xəbərlər
Transsərhəd suları üzrə Kür hövzəsində komissiyanın yaradılması təklif edilir
Transsərhəd suların idarəçiliyi üçün komissiya yaradılması təklif edilir
Səfir: Aİ Azərbaycanda su ehtiyatlarının səmərəli idarə edilməsinə kömək etməyə davam edəcək
Doktoranturalar yaradılan elmi müəssisə və təşkilatların siyahısı dəyişib
DB: Azərbaycan su ehtiyatlarının səmərəli istifadəsi üçün tədbirlər görməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













