“Bakı Politoloqlar Klubu” COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda konfrans təşkil edib
sizinxeber.az xəbər saytı

“Bakı Politoloqlar Klubu” COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda konfrans təşkil edib


2024-cü il noyabrın 12-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Bakı Politoloqlar Klubu” İctimai Birliyi
iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda panel müzakirəsi keçirib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən APA-ya verilən xəbərə görə, müzakirələrdə “Davamlı inkişaf və iqlim dəyişmələri”, "Əhalinin ekologiya üzrə maarifləndirilməsi", "Gənclər arasında davamlı inkişaf və ekologiyanın təmiz saxlanılmasının təbliği" kimi mövzular üzrə çıxışlar edilib.

“Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov bildirib ki, bu məsələlər qlobal məzmun kəsb edir və beynəlxalq diqqət tələb edir. Ekspert Elşən Əhmədov dünyada davamlı inkişaf, ekoloji çağırışlar və iqlim dəyişmələri ilə əlaqədar təqdimat edib. Konfransda Azərbaycanın dünyadakı çağırışlarla bağlı yanaşmalarına xüsusi toxunulub.

Panelin yekununda iştirakçıların sualları cavablandırılıb.

Oxşar xəbərlər

BAMF COP29-da iqlim böhranına qarşı QHT-lərin rolu mövzusunda konfrans təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” yürüşü keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baydenin müşaviri: Biz Bakıda danışarkən "Milton" qasırğası ABŞ-də zərərlər törətməkdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 çərçivəsində “İqlim dəyişikliyi" müsabiqəsinin final mərhələsi keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər