Salyanda qar elektrik təsərrüfatında fəsadlar törədib, 20-yə yaxın kənd işıqsız qalıb
Salyanda 20-yə yaxın kənd işıqsız qalıb.
"Report"un Aran bürosunun məlumatına görə, rayonda yağan qar elektrik təsərrüfatında ciddi problemlər yaradıb.
Belə ki, gecə saatlarından indiyədək rayonun Qarabağlı, Çaxırlı, Arxarası, Yenikənd, Həsənli, Şəkərli, Kürsəngi, l-ll Varlı, Peyk, Xocalı və ümumilikdə 20-yə yaxın kəndlərində elektrik enerjisinin verilişi dayanıb.
Minlərlə sakin qışın qarlı-çovğununda işıqsız qalıb. Bununla bərabər ötən axşam saat 21:00 radələrində şəhərin Ə.Kürçaylı, H.Əliyev, T.Xəlilbəyli, Y.Zərhərli, Ə.Zeynalov və digər küçələrin sakinləri də enerji verilişindən məhrum olub. Enerjinin bərpası ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçiblər.
Qeyd edək ki, hazırda fasiləsiz olaraq qar yağır. Qarın hündürlüyü 20 santimetrə çatıb.
Oxşar xəbərlər
Cənub rayonları işıqsız qaldı
Avstraliyada 130 mindən çox ev işıqsız qalıb
Qərb bölgəsində küləkli hava ciddi fəsadlar törədib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
