Qərb bölgəsində küləkli hava ciddi fəsadlar törədib
sizinxeber.az xəbər saytı

Qərb bölgəsində küləkli hava ciddi fəsadlar törədib


Qazax şəhərində güclü külək iri gövdəli ağacı aşırıb, transformator və avtomobilə zərər dəyib.

“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhər, Bakı küçəsində qeydə alınıb.

Əsən güclü külək nəticəsində iri gövdəli şam ağacı aşaraq yaxınlıqdakı avtomobilə və transformatorun üzərinə düşüb. Hadisə nəticəsində avtomobillə və elektrik təsərrüfatına zərər dəyib. Hazırda ərazidə elektrik enerjisinin verilməsi dayandırılıb.

Gəncədə də güclü külək əsir. Axşam saatlarında başlayan külək nəticəsində Gəncə şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyri-sabit hava Ağstafa və Tovuz rayonunun infrastrukturuna da ziyan vurub. Bölgədə bəzi ərazilərdə, kəndlərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Şəmkirdə külək rayon mərkəzində və kəndlərdə evlərin dam örtüyünü dağıdıb.

Yaranmış problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti idarə və qurumlar tərəfindən işlər aparılır.

Qeyd edək ki, qərb bölgəsində küləkli hava şəraiti davam edir.

Oxşar xəbərlər

Gəncədə güclü külək əsir, bəzi ərazilərdə enerjinin verilişi dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatala və Balakəndə evləri sel suları basıb, dörd körpü yararsız haldadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tərtərdə güclü külək bir sıra fəsadlar törədib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güclü küləklə bağlı daha bir xəbərdarlıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər