ADY karbon emissiyalarının azaldılması istiqamətində işləri davam etdirəcək
sizinxeber.az xəbər saytı

ADY karbon emissiyalarının azaldılması istiqamətində işləri davam etdirəcək


Azərbaycanda dəmir yolu sektorunda illik karbon emissiyalarının həcmi 200 min ton təşkil edir.

Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə "Gələcək üçün dayanıqlı nəqliyyat" tədbirində çıxışı zamanı Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) sədri Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, dəmir yolu nəqliyyat sektoru üzrə karbon emissiyalarının həcminə əsasən sonuncu yerdə qərarlaşır, bu da texnoloji bir üstünlükdür. Lakin bunun üzərində dayanmaq olmaz və bu göstəricini daha da azaltmaq istiqamətində işləri davam etdirmək vacibdir.

Rövşən Rüstəmov qeyd edib ki, aparılan müvafiq işlər nəticəsində ötən il ADY karbon emissiyalarını 9% azaldıb və bu istiqamətdə səylərini davam etdirəcək.

ADY sədri onu da vurğulayıb ki, ötən il qurum enerji istehlakını 5%, qaz istehlakını 16%, su istehlakını isə 23% azaldıb.

Rövşən Rüstəmovun sözlərinə görə, ötən il ADY tərəfindən aparılan sərnişin daşımalarının 100%-i, yükdaşımalarının isə 80%-i elektrik enerjisindən istifadə hesabına yerinə yetirilib.

Oxşar xəbərlər

Azərbaycanda nəqliyyatda karbon emissiyaların cəmi 1%-i dəmir yolunun payına düşür
AİB: ADY karbon emissiyalarının azaldılması sahəsində mütərəqqi addımlar atıb
ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib - FOTO
ADY sədri iqlim dəyişikliyi ilə mübarizə istiqamətində görülən işlər barəsində danışıb
DVX: Milli İqlim Dəyişiklikləri Strategiyası üzərində çalışırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər