İsveçrənin gəmiçilik şirkəti Azərbaycanda ofis açacaq
İsveçrədə fəaliyyət göstərən və dünyanın aparıcı gəmiçilik şirkəti sayılan "Mediterranean Shipping Company" (MSC) Azərbaycanda ofis açmağı planlaşdırır.
"APA-Economics" xəbər verir ki, bunu şirkətin Gürcüstandakı törəməsinin ("MSC Georgia") icraçı direktoru Alkan Alicik Bakıda "Qara dəniz və Xəzər dənizlərində beynəlxalq nəqliyyat dəhlizləri" mövzusunda keçirilən "Qara dəniz-Xəzər Logistika Forumu 2024"də çıxışı zamanı bildirib.
"MSC Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır. Bu planın əsas elementlərindən biri ofis açmaqdır. Şirkətin Azərbaycan bazarına daxil olma qərarı ölkənin nəqliyyat-loqistika sahəsindəki strateji əhəmiyyəti, əlverişli coğrafi mövqeyi və inkişaf edən infrastrukturu ilə əlaqədardır".
MSC rəsmisi qeyd edib ki, Avropa ilə Asiya arasında mühüm ticarət yollarının kəsişməsində yerləşən Azərbaycan nəqliyyat dəhlizlərinin, limanların inkişafına fəal şəkildə sərmayə qoyur və bu da ölkəni qlobal loqistika oyunçuları üçün cəlbedici edir.
Oxşar xəbərlər
Dünyanın aparıcı gəmiçilik şirkəti Azərbaycanda ofis aça bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"ın Avropa Liqasında rəqibləri müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənub dəhlizi yeni marşrutlarla genişləndiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəqliyyat-loqistika infrastrukturu mövcud ÜDM-in 3 faiz artmasına səbəb olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Söyüdlüdə tullantı anbarının genişləndirilməsi üçün hökumətdən icazə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













