Dünyanın aparıcı gəmiçilik şirkəti Azərbaycanda ofis aça bilər
İsveçrədə fəaliyyət göstərən və dünyanın aparıcı gəmiçilik şirkəti sayılan "Mediterranean Shipping Company" (MSC) Azərbaycanda ofis açmağı planlaşdırır.
"Sizinxeber.az" xəbər verir ki, bunu şirkətin Gürcüstandakı törəməsinin ("MSC Georgia") idarəedici direktoru Alkan Alicik Bakıda "Qara dəniz və Xəzər dənizlərində beynəlxalq nəqliyyat dəhlizləri" mövzusunda keçirilən "Qara dəniz-Xəzər Logistika Forumu 2024" tədbirində bildirib.
"MSC Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır. Bu planın əsas elementlərindən biri ofis açmaqdır. Şirkətin Azərbaycan bazarına daxil olma qərarı ölkənin nəqliyyat-loqistika sahəsindəki strateji əhəmiyyəti, əlverişli coğrafi mövqeyi və inkişaf edən infrastrukturu ilə əlaqədardır", - deyə o vurğulayıb.
MSC rəsmisi qeyd edib ki, Avropa ilə Asiya arasında mühüm ticarət yollarının kəsişməsində yerləşən Azərbaycan nəqliyyat dəhlizlərinin, limanların və anbar güclərinin inkişafına fəal şəkildə sərmayə qoyur və bu da ölkəni qlobal loqistika oyunçuları üçün cəlbedici edir.
Oxşar xəbərlər
Dünyanın aparıcı onlayn ticarət brokeri Azərbaycanın qiymətli kağızlar bazarına daxil olub
Bakıda Orta Dəhlizin inkişaf perspektivlərinə dair müzakirələr aparılacaq
Nəqliyyat-loqistika infrastrukturu mövcud ÜDM-in 3 faiz artmasına səbəb olur
ASCO Qara və Aralıq dənizlərində üzən gəmilərinin sayını artırmaq istəyir
Prezident: “Azərbaycan öz nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












