“Yüksəliş” Müsabiqəsinin qalibinə ADY-də yüksək vəzifə verilib
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Kamal Hüseynli “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Ekspress”-də direktor müavini vəzifəsinə təyinat alıb. ADY sədrinin əmri ilə həyata keçirilən bu təyinat gənc və perspektivli kadrların irəli çəkilməsinə verilən əhəmiyyəti bir daha nümayiş etdirir.
“APA-Economics” xəbər verir ki, Kamal Hüseynli 2022-ci ildə “Yüksəliş” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb, bu il isə həyata keçirilmiş sayca dördüncü müsabiqədə qalib adına layiq görülüb. Onun zəngin təhsil və peşəkar təcrübəsi bu uğurun təməlini təşkil edir.
O, 2012-2014-cü illərdə Xaricdə Təhsil Dövlət Proqramı çərçivəsində İsveçrənin Beynəlxalq Cenevrə Universitetində maliyyə və mühasibatlıq ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2016-2017-ci illərdə isə Kamal Hüseynli Barselona Muxtar Universitetində beynəlxalq biznesin idarəolunması üzrə magistr təhsili alaraq universiteti uğurla başa vurub. Hazırda isə o, Böyük Britaniyanın York Universitetində “Azərbaycanın neft iqtisadiyyatından yaşıl iqtisadiyyata keçidi” mövzusunda PhD dərəcəsi üzrə təhsilini davam etdirir. Kamal Hüseynli, həmçinin bir sıra nüfuzlu beynəlxalq maliyyə institutlarının sertifikatlarına layiq görülüb.
Peşəkar iş fəaliyyətinə 2017-ci ildən etibarən Azərbaycan Dəmir Yollarında kiçik maliyyə mütəxəssisi kimi başlayan Kamal Hüseynli müxtəlif illərdə ADY və onun törəmə şirkətlərində iqtisadçı, baş iqtisadçı, büdcə və modelləşmə şöbəsinin rəisi kimi məsul vəzifələrdə çalışıb.
Kamal Hüseynlinin yeni təyinatı ADY-nin gənc və istedadlı kadrların inkişafına verdiyi önəmi, həmçinin insan resurslarının strateji idarə olunması sahəsindəki səylərinin bariz nümunəsidir.
Qeyd edək ki, ADY əməkdaşlarının inkişafını, yerli və beynəlxalq müsabiqələrdə uğurla iştirakını təmin etmək üçün “Liderlik bacarıqlarının inkişaf etdirilməsi”, “Flaqman” kimi proqramlar həyata keçirir. Bu proqramlar ADY-də rəhbər və qeyri-rəhbər vəzifələrdə çalışan, liderlik potensialı yüksək olan istedadları müəyyən edir, onların karyera inkişafına əhəmiyyətli töhfə verir. Xüsusilə, “Flaqman” proqramı yüksək potensiallı əməkdaşların müəyyən olunması, onların idarəçilik bacarıqlarının inkişaf etdirilməsi, fərdi inkişaf proqramlarının hazırlanması, kritik vəzifələr üçün gənc davamçıların yetişdirilməsi və işçi heyətinin təqdir olunması proseslərini özündə birləşdirir.
Oxşar xəbərlər
Təhsil İnstitutunda yeni təyinatlar olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Övladlığagötürmə üzrə e-sistem “dotCOMM Awards” müsabiqəsinin qalibi seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə mükafata layiq görülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaricdə təhsil üçün dövlət proqramına müraciət edənlərin sayı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












