Hesablama Palatası dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb
sizinxeber.az xəbər saytı

Hesablama Palatası dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb


Hesablama Palatası dövlət satınalmaları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, hesabatlılığın artırılması, şəffaflığın gücləndirilməsi ilə bağlı bir sıra təkliflər hazırlayıb.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda “Dövlət satınalmalarının auditi – Təcrübə və innovasiya” mövzusunda keçirilən seminarda deyib.

Vüqar Gülməmmədov bildirib ki, dövlət satınalmaları səmərəli dövlət idarəçiliyi və maliyyə nəzarətinin əsas mexanizmlərindən biridir. Yeni qəbul olunmuş “Dövlət satınalmaları haqqında” Qanun və onun tətbiqi dövlət satınalmalarının həcmini əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda, yeni qanunvericiliyin icrası üzrə bəzi çətinliklər və təkmilləşdirilməli məqamlar da mövcuddur.

Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrin (Avropa Auditorlar Məhkəməsi, Portuqaliya, Latviya və Kosova) ali audit orqanlarının dövlət satınalmalarının auditi sahəsindəki müasir yanaşmaları, innovativ təcrübələri iştirakçılara təqdim olunub. İştirakçılar qrup müzakirələri formatında dövlət satınalmalarının auditi zamanı qarşıya çıxan riskləri və problemləri, həll yollarına dair təkliflərini bölüşüblər.

Oxşar xəbərlər

Dövlət satınalmalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb
Hesablama Palatası dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi ilə bağlı təhlillərini açıqlayıb
Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır
Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib
Hesablama Palatası ekoloji sahədə keçirdiyi auditləri açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər