Janseit Tuymebayev: Türk dövlətləri ortaq türkoloji layihələr həyata keçirməlidirlər
Birinci Türkoloji Qurultayından 100 il ötüb, Türk dövlətlərinin müstəqillik qazanmalarından 35 ilə yaxın vaxt keçib, lakin hələ də ortaq türkoloji layihələr həyata keçirilmir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Janseit Tuymebayev Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində" beynəlxalq konfransdakı çıxışında deyib.
Rektor bildirib ki, bu gün bütün Türk dünyasının arzuladığı birlik, nəhayət, gerçəkləşib:
"100 il əvvəl nə Türk Dövlətləri Təşkilatı, nə Beynəlxalq Türk Akademiyası, nə də bu istiqamətdə fəaliyyət göstərən digər ortaq qurumlar mövcud idi. O zaman yalnız xəyal etdiyimiz bir çox təşəbbüslər vardı, onlar bu gün artıq reallığa çevrilib. Lakin bununla kifayətlənməməliyik. Belə böyük konfranslar və beynəlxalq tədbirlər keçirməklə yanaşı, onların real nəticələr verməsinə çalışmalıyıq".
J.Tuymebayev konfrans iştirakçılarına çağırış edərək, mövcud əməkdaşlığın praktik nəticələr verməsinə çalışmağın zəruriliyini vurğulayıb:
"İndi burada Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və digər Türk dövlətlərinin nümayəndələri bir araya gəlib. Bəs niyə ortaq işçi qrupları yaratmırıq? Uzun illərdir, Türk dünyasının inteqrasiyasından, ortaq dəyərlərdən və birliyindən danışırıq. Ancaq praktikada hələ də ayrı-ayrı istiqamətlərdə fəaliyyət göstəririk. Nə üçün bu vəziyyət davam edir? Niyə ortaq qərarlar qəbul etmirik? Biz başa düşməliyik ki, artıq sözdən çox əməli əməkdaşlığa və konkret nəticələrə ehtiyac var".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
Muzaffer Şeker: Süni intellekt və sosial media türk dillərinə təzyiq göstərir
Kubanıçbek Ömüralıyev: Türk dövlətləri arasındakı əlaqələr ən yüksək səviyyədədir
Birinci Türkoloji Qurultayın 100 illiyi UNESCO-nun Parisdəki qərargahında qeyd olunacaq
Osman Mert: Türk dövlətlərinin ortaq dil qurumunun yaradılmasına ehtiyac var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
