​​​​​​​Zəngilanın iki kəndində içməli su və kanalizasiya sistemi qurulacaq
sizinxeber.az xəbər saytı

​​​​​​​Zəngilanın iki kəndində içməli su və kanalizasiya sistemi qurulacaq


Zəngilan rayonunun Ağalı vә Mәmmәdbәyli kәndlәrinin su tәchizatı vә tullantı su şәbәkә vә qurğularının tikintisinə başlanılır.

“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.

Layihə çərçivəsində Mahrızlı su anbarından 17,723 min metr uzunluğunda polietilen borularla su xətti çəkiləcək.

Bundan başqa, tullantı sularının çəkilməsi ilə bağlı 1 405 metr uzunluğunda D 400 mm-lik qofralı polietilen boru (Koruqe) kəmərlərinin quraşdırılması planlaşdırılır. Xətt boyunca 21 ədəd çuqun lyuklar quraşdırılacaq.

Oxşar xəbərlər

Nehrəm qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
Lənkəranda 50 milyon manata kanalizasiya sistemi qurulacaq
ADSEA: Füzulidə 4 su anbarından 3-nün tikintisi yekunlaşır
Azərbaycan plastik boru kəmərləri üzrə yeni dövlət standartları qəbul edib
Su təchizatı üçün plastik boru kəmərləri sahəsində yeni dövlət standartları qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər