Ağdamda əkin sahələrinin cəmi təxminən 38 %-i qismən suvarılıb
Bu ilin əvvəlindən Ağdam rayonunda 22 milyon 575 min kubmetr su çıxarılıb və 14 561 hektar sahə (ümumi torpaq sahəsinin 37,7 %-i) orta hesabla 0,5 dəfə suvarılıb.
"Sizinxeber.az" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.
Məlumata görə, bunun üçün idarənin balansında olan 1 136 subartezian quyusu, 8 nasos stansiya, 4 su yığıcı göl, 11 kəhriz, 365 km suvarma kanalları, kanallar üzərində isə 323 ədəd hidrotexniki qurğu mövcuddur. Ağdam rayonunda istifadə edilən sular mexaniki üsulla çıxarılır.
"Ağdam rayonunda yaşayan əhalini içməli su ilə təmin etmək üçün 115 ədəd subartezian quyusundan istifadə olunur. Bu işlər Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən tərtib olunmuş plan əsasında görülür. İçməli su anbarlar və iri həcmli çənlər vasitəsi ilə şəbəkələrlə abonentlərə çatdırılır. İdarə İmamqulubəyli qəsəbəsi üzrə də 847 abonent olmaqla 3 163 nəfər rayon sakinini içməli məişət suyu il təmin edir. Qəsəbənin su təminatı hər birinin həcmləri 1 000 kubmetr olmaqla 2 su anbarı, 2 nasos stansiya həyata keçirir", - ADSEA bildirir.
Qeyd edək ki, Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Ağdam rayonunun 38 645 hektar torpaq sahəsini və 103 000 nəfər rayon əhalisinin içməli-məişət suyuna olan təlabatını həyata keçirir.
Oxşar xəbərlər
ADSEA: Ağdam rayonunda əkin sahələri fasiləsiz olaraq suvarılır - FOTO
Cəlilabadda 17 yeni subartezian quyusu qazılacaq
Ağsuda 21 248 nəfər içməli su ilə təmin olunub
Beyləqanda əhalinin su təminatı yaxşılaşdırılır
Naxçıvanda anbarlarda mövcud olan su ehtiyatlarının həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












