Rafael Şvartsman: "Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişafı üçün master-plan hazırlanır"
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişafı üçün master-plan hazırlanır.
Bu barədə “Report”a müsahibəsində IATA-nın Avropadakı regional vitse-prezidenti Rafael Şvartsman bildirib.
Vitse-prezidentin sözlərinə görə, Aviasiya sahəsində çox yaxşı potensiala malik olan Azərbaycan həm də müəyyən çağırışlarla üz-üzədir.
"Bunlardan ən vacibi hava limanlarının buraxılış qabiliyyətidir. Heydər Əliyev hava limanının tezliklə tam rejimdə fəaliyyətə başlayacağı gözlənilir. Hazırda onun inkişafı ilə bağlı master-plan hazırlanır ki, bu da mövcud obyektlərin beynəlxalq standartlara uyğun olaraq səmərəli şəkildə genişləndirilməsi və modernləşdirilməsi proqramının qəbul edilməsi ilə nəticələnməlidir. Hava hərəkətinin idarə edilməsi sistemi də modernləşdirilməlidir", - R.Şvartsman bildirib.
Digər tərəfdən, onun sözlərinə görə, böyük imkanlar da mövcuddur.
“İlk növbədə, bu, Azərbaycanın Avropanı və Asiyanı birləşdirən əlverişli coğrafi mövqeyidir. Bu, ölkəni, xüsusilə yük daşımaları üçün əsas tranzit qovşağına çevirir. Bu rol bu yaxınlarda 1,5 milyon ton buraxılış qabiliyyətinə malik yük terminalının tikintisi ilə təsdiqlənir. Həmçinin “Silk Way” qrupu Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının tikintisinə investisiya yatırdığını elan edib”, - R. Şvartsman əlavə edib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
MİDA ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun birgə açıqlaması
IATA: “Azərbaycanın hava məkanı son dərəcə önəmli tranzit dəhlizinə çevrilib” - MÜSAHİBƏ
Fərhan Quliyev: “Azərbaycan hava hərəkətinin idarə edilməsi strategiyasını yeniləyir”
Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülüb
Naxçıvan şəhərinin mərkəzi hissələrində yeni inzibati binaların inşası üçün plan hazırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
