Nazir: BTQ Xəzər və Qara dəniz arasında ən rəqabət qabiliyyətli tranzit marşrutudur
sizinxeber.az xəbər saytı

Nazir: BTQ Xəzər və Qara dəniz arasında ən rəqabət qabiliyyətli tranzit marşrutudur


2017-ci ilin oktyabrında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Ələt Limanında bir araya gələrək Bakı - Tbilisi - Qars dəmir yolunu dünyaya açdılar.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Gürcüstanda Axalkalaki stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi istismara verilmə mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O vurğulayıb ki, həmin an Avrasiya bağlantıları tarixində yeni səhifə açılıb:

“Lakin bu, yalnız başlanğıc idi. Belə iddialı bir dəhliz davamlı investisiya və davamlı siyasi iradə tələb edir.

Azərbaycan bu öhdəliyə sadiq qaldı. Biz xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsinə sərmayə qoyduq: 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320-dən çox bina və mühəndis qurğusu beş mərhələdə yenidən quruldu. Bu, adi təmir işi deyildi. Bu, BTQ-ni Orta Dəhlizin əsl onurğa sütununa çevirmək üçün verilmiş məqsədyönlü və strateji qərar idi.

Nəticə göz qabağındadır: xəttin ötürücülük qabiliyyəti beş dəfə artırılaraq ildə 5 milyon tona çatdırılıb. Bu gün BTQ Xəzər və Qara dənizlər arasında ən rəqabətqabiliyyətli tranzit marşrutudur”.

Oxşar xəbərlər

Bu gün BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək - VİDEO
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib - FOTO - YENİLƏNİB
Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək
BTQ dəmir yolunun rəsmi açılışı olacaq
Gürcü nazir: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin dəyərini yüksəldəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər