SPECA Çoxtərəfli Etimad Fondunun təqdimatı olub
COP29 çərçivəsində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Çoxtərəfli Etimad Fondunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov vurğulayıb ki, 14 noyabr tarixində COP29 çərçivəsində keçirilmiş SPECA Nazirlər Görüşündə elan olunan Fond aid olduğu regionun çağırışlarının həlli istiqamətində mühüm təşəbbüsdür. Qurum çevik və inklüziv platforma kimi əsas sahələr üzrə praktiki addımlara imkan yaratmaq üçün nəzərdə tutulub. Bunlara ticarət əlaqələrini inkişaf etdirmək, iqlim problemlərinə qarşı davamlılığı artırmaq, innovasiya və rəqəmsal transformasiyanı təşviq etmək daxildir. Fond iqlim və davamlı inkişaf problemlərini həll etməyə yönəlmiş effektli layihələrin reallaşdırılması üçün vasitələr təqdim edir. Qurum SPECA dövlətləri arasında iqtisadi inteqrasiyanı və institusional imkanları gücləndirən layihələri dəstəkləyəcək. Beynəlxalq təşkilatlar, inkişaf bankları və özəl sektorla sıx əməkdaşlıq edilməklə problemlərin effektiv həlli üçün resurslar və təcrübə səfərbər ediləcək.
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin Fondun SPECA ölkələri üçün əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, qurumun regional əməkdaşlıq və uğur nümunəsinə çevrilməsi üçün birgə səyləri gücləndirmək lazımdır.
Dmitri Mariyasin tərəfindən Fondun əməliyyat strukturu və potensial təsir sahələrini ehtiva edən təqdimatı keçirilib, bu yöndə müzakirələr aparılıb.
Oxşar xəbərlər
SPECA Çoxtərəfli Etimad Fondunun təqdimatı olub
İqtisadiyyat Nazirliyi COP29 çərçivəsində bir sıra tədbir və görüşlər təşkil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
