Qazaxıstanın Baş naziri Aİİ-də alternativ nəqliyyat marşrutlarının yaradılması ilə bağlı çağırış edib
Avrasiya İqtisadi İttifaqında (Aİİ) alternativ nəqliyyat marşrutları yaradılmalı və dəmir yolu layihəsi Əfqanıstan vasitəsilə Pakistana inteqrasiya edilməlidir.
“Sizinxeber.az” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Oljas Bektenov Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
O qeyd edib ki, Aİİ ölkələri "magistral-nəqliyyat arteriyaları ilə əhatə olunub". Bununla əlaqədar Baş nazir vurğulayıb ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti ildən-ilə artır və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanları genişlənir.
"Regionun bütün dövlətlərinin maraq göstərəcəyi alternativ marşrutların yaradılması məsələsini araşdırmaq lazımdır. Bu baxımdan Pakistanın Kəraçi limanı istiqamətində 10 milyon tona qədər yük daşımalarını təmin edə biləcək Turqundi-Herat dəmir yolu layihəsinə, eləcə də Əfqanıstandakı digər iri layihələrə diqqət yetirmək istərdik. Bu çox perspektivli nəqliyyat magistralının mövcud Avrasiya marşrutları sisteminə inteqrasiyası məsələsi üzərində işləməyi təklif edirik", - O.Bektenov bildirib.
Oxşar xəbərlər
Tokayev: "Transqazaxıstan dəmir yolu dəhlizi TBNM-in əsas həlqəsi olacaq"
Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu regionda yükdaşımaların həcmini artıracaq"
ADY: Çinlə Bakı arasında yeni “dəmir yolu-dəniz-dəmir yolu” marşrutu istifadəyə verilib
Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası ilə yük həcmi artacaq"
Qazaxıstan və Rusiya “Şimal-Cənub” dəhlizinin inkişaf perspektivlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













