

Tokayev: "Transqazaxıstan dəmir yolu dəhlizi TBNM-in əsas həlqəsi olacaq"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) gələcək inkişafı üçün Transqazaxıstan dəmir yolu dəhlizinin inkişafının sürətləndirilməsinə çağırıb.
“Sizinxeber.az” xəbər verir ki, Qazaxıstan lideri bu bəyanatla bu gün hökumətin geniş iclasında çıxış edib.
Onun sözlərinə görə, tranzit potensialı Qazaxıstanın beynəlxalq rəqabətdə böyük üstünlüyüdür və bundan səmərəli istifadə edilməlidir.
"Transxəzər marşrutunun əsas həlqəsinə çevriləcək Transqazaxıstan dəmir yolu dəhlizinin inkişafını sürətləndirmək lazımdır. Bu istiqamətdə mühüm layihələrin bir qismi həyata keçirilir, lakin gələcək üçün daha çox işləmək lazımdır", - Qazaxıstan dövlət başçısı qeyd edib.
K.Tokayev, həmçinin vurğulayıb ki, dəmir yolu daşımalarının rəqəmsallaşdırılması layihələrinin vaxtında həyata keçirilməsinin vacibdir: "Bütün nəqliyyat növləri ilə daşımaları inteqrasiya etməyə imkan verən multimodal nəqliyyat qovşaqlarının inkişafına diqqət yetirmək lazımdır. Cari və növbəti illər bu istiqamətdə işdə dönüş ili olmalıdır".
Oxşar xəbərlər
Tokayev: "TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik"
Ötən il TBNM ilə 3,3 milyon ton yük daşınıb
Qazaxıstan Prezidenti: "Mərkəzi Asiyada ticarət-nəqliyyat əməkdaşlığını genişləndirməyə tərəfdarıq"
Kasım-Jomart Tokayev: “Qazaxıstan Azərbaycanın SPECA-nın inkişafına töhfəsini alqışlayır”
Rumıniya və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə iş aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
