Bakı metrosunda dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq - YENiLƏNİB-2
"Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Məlumata əsasən, hadisə yerinə briqada cəlb olunub.
Metropoliten əməkdaşları ilkin yardım göstərdikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2 200 qram olan oğlan uşağı dünyaya gəlib.
Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.
Bu gün "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq.
Bunu "Sizinxeber.az"a açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
“Təbii ki, həmin körpəyə hədiyyələr də veriləcək”, - o vurğulayıb.
Bu gün saat 07:40 radələrində "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında bir qadın körpə dünyaya gətirib.
"Sizinxeber.az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı stansiya əməkdaşları ona ilkin yardım göstərib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.
Oxşar xəbərlər
Bakıda metroda dünyaya gələn uşağın və anasının vəziyyəti məlum olub - YENİLƏNİB
Bakı metrosunda körpə dünyaya gəlib
Sumqayıtda evdə doğuş zamanı körpəsi ölən 23 yaşlı qadının vəziyyəti ağırdır - YENİLƏNİB
Şuşada ilk körpə dünyaya gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
