Bakıda metroda dünyaya gələn uşağın və anasının vəziyyəti məlum olub - YENİLƏNİB
08.08.2025-ci il tarixində saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.
Bu barədə Sizinxeber.az-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dərhal hadisə yerinə briqada cəlb olunub.
Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2,200 qram olan oğlan uşağı dünyaya gəlib.
Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.
***
08:59
Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.
Sizinxeber.az xəbər verir ki, bu haqda Bakı Metropoliteninin Mətbuat Xidməti məlumat yayıb.
Hadisə zamanı stansiya əməkdaşları tərəfindən qadına ilkin yardım göstərilib.
Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.
Oxşar xəbərlər
Bakı metrosunda dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq - YENiLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda metroda qadın uşaq dünyaya gətirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Metropolitenində bir qadın uşaq dünyaya gətirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünən atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda minik maşını ilə avtobusun toqquşması nəticəsində xəsarət alan şəxsin vəziyyəti məlum olub - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












