Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair xidmətlərin tarifləri təsdiqlənib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərin tarifləri”ni təsdiqləyib.
“Report” xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.
Qərara əsasən, beynəlxalq səfərlər həyata keçirən gəmilərə dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı göstərilən xidmətlərin tarifləri aşağıdakı kimi müəyyənləşib:

Bundan başqa, Azərbaycanın ərazi suları daxilində səfərlər həyata keçirən gəmilərə dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı göstərilən xidmətlərin tarifləri xətti üzmə marşrutuna malik müntəzəm sərnişindaşıma həyata keçirən və yaxud eyni iki liman və liman akvatoriyası, dəniz əməliyyatları bazası və ya məntəqələr arasında səfərlər edən gəmilər üzrə giriş-çıxışın sayından asılı olmayaraq hər bir təqvim günü üzrə, digər gəmilər üzrə isə limana və liman akvatoriyasına, dəniz əməliyyatları bazasına və yaxud məntəqələrə hər bir giriş-çıxış üzrə aşağıdakı məbləğlərlə müəyyən edilib:

Nazirliyin Hüquq Şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Oxşar xəbərlər
Dövlət Dəniz və Liman Agentliyi auditor seçib
Zirə Dəniz Limanına bəzi təhlükəli yüklərə malik gəmilərin daxil olmasına icazə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
