Samir Axundov: “Bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün sabit şəbəkə olmalıdır” » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
in
2025
17:00

Samir Axundov: “Bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün sabit şəbəkə olmalıdır”

04 in, 2025
17:00
797

Samir Axundov: “Bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün sabit şəbəkə olmalıdır”

Azərbaycanda böyük həcmdə bərpa olunan enerji mənbələrinin uğurlu inteqrasiyası üçün əsas şərtlərdən biri enerji şəbəkəsinin sabitliyidir.

“Report” xəbər verir ki, bunu Energetika Nazirliyinin tabeliyində fəaliyyət göstərən Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, enerjiyə artan qlobal və lokal tələbat elektrik enerjisinin həm istehsal, həm də ötürülmə üsullarına yenidən baxmağı zəruri edir:
“Etiraf etməliyik ki, sabah dünyanı enerji ilə necə təmin edəcəyimiz, dekarbonizasiya, innovasiya, dayanıqlılıq və inkişafla bağlı öhdəliklərimizə nə dərəcədə sadiq qalacağımızdan asılı olacaq”.

S. Axundov qeyd edib ki, hazırda Azərbaycanda bərpa olunan enerji üzrə generasiya potensialı 8 giqavatdan artıqdır:
“Uğurlu və düşünülmüş enerji siyasəti sayəsində Azərbaycan bu gün enerji təhlükəsizliyini tam şəkildə öz resursları hesabına təmin edir. Hazırda generasiya gücünün böyük hissəsi ənənəvi qazla işləyən istilik elektrik stansiyalarının payına düşür. Lakin qarşıdakı iki il ərzində ümumi gücün 30 %-dən çoxunun bərpa olunan enerji mənbələrinin payına düşməsi gözlənilir. Bu isə yalnız başlanğıcdır. Azərbaycan bu sahədə böyük potensiala malikdir”.

Bizimlə əlaqə saxlayın