Naxçıvanda alternativ enerji mənbələrinin istehsal payı artıb
Naxçıvanda ötən ilin iyul ayı ilə müqayisədə alternativ enerji mənbələrində istehsal olunan enerjinin payı artıb.
"Sizinxeber.az"un yerli bürosu bu barədə 2024-cü ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəricilərinə istinadən xəbər verir.
Cari ilin iyul ayında istehsal olunan ümumi elektrik enerjisinin 46,92 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.
İstehsal olunan elektrik enerjisi İstilik Elektrik Stansiyalarında (İES) 28 097 000 kilovat-saat, Su Elektrik Stansiyalarında (SES) 18 636 208 kilovat-saat, digər alternativ və bərpa olunan mənbələri üzrə isə 6 199 816 kilovat-saat olub.
2024-cü ilin iyul ayı üzrə istehsal olunan ümumi elektrik enerjisinin:
- 53,08 %-i İstilik Elektrik Stansiyalarında;
- 35,21 %-i Su Elektrik Stansiyalarında;
- 11,71 %-i Günəş Elektrik Stansiyasında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ enerji mənbələrində istehsal olunan enerjinin payı 11,57 faiz artaraq 46,92 faizə çatıb.
Oxşar xəbərlər
Nazir: "Özbəkistan 2030-cu ildən etibarən artıq qalan elektrik enerjisini Azərbaycan vasitəsilə Avropaya ixrac edə biləcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
