Rusiya 2035-ci ildən sonra bərpa olunan enerjiyə dəstəyi dayandırmağı planlaşdırır
Rusiyada bərpa olunan enerjiyə (BOE) dəstək 2035-ci ildən sonra – BOE layihələri ənənəvi mənbələrlə qiymət paritetinə çatdıqda başa çatmalıdır.
“Report” xəbər verir ki, bu barədə TASS agentliyi “Enerji Strategiyası-2050” sənədinin yenidən işlənmiş variantına istinadən məlumat yayıb.
“Sənəd hökumətə göndərilib. Bərpa olunan enerji mənbələri istiqamətində əsas vəzifə 2035-ci ildən sonra dəstək mexanizmlərinə son qoymaq və ənənəvi istehsalla qiymət paritetinə nail olmaq məqsədi ilə bərpa olunan enerji istehsalından istifadənin səmərəliliyinin artırılmasıdır”, - sənəddə deyilir.
Bildirilib ki, bunun üçün təkcə bərpa olunan enerji mənbələrinin inkişafı mexanizmlərinin və standartlarının təkmilləşdirilməsi yox, həm də avadanlığın ixracı və bərpa olunan enerji obyektləri üçün xidmətlərin göstərilməsi üçün stimullar yaratmaq, bərpa olunan enerji mənbələrinə könüllü tələbat sistemlərinin təkmilləşdirilməsi və saxlama sistemlərinin inkişafı lazımdır.
Agentlik qeyd edir ki, Rusiyanın yanacaq-energetika balansında bərpa olunan enerji mənbələrinin hazırda 0,6 % olan payı 2036-cı ilə qədər ssenaridən asılı olaraq 1,5 %-dən 2,1 %-ə qədər (hədəf göstərici 1,8 % olmaqla) arta, 2050-ci ilə qədər isə stress-ssenaridə 1,4 %, inersial ssenaridə isə 6,6 %-ə (hədəf 3,1 %) çata bilər.
Oxşar xəbərlər
COP30 prezidenti: Braziliya bərpa olunan enerji mənbələri sahəsində yeni sənayeləşməyə çatmağı planlaşdırır
IRENA Bakıda Pre-COP çərçivəsində rəsmi hesabat təqdim edəcək
COP28 Enerji keçidinin direktoru: 2030-cu ilə qədər alternativ enerji mənbələri tapmalıyıq
IRENA-nın baş direktoru: "İqlim məqsədlərinə nail olmaq üçün enerji keçidi sürətləndirilməlidir"
İtaliya rəsmisi: "Azərbaycanla bərpa olunan enerji əməkdaşlığı planlaşdırırıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













