Pərviz Şahbazov Lənkəranda vətəndaşları qəbul edəcək
Dekabrın 13-də energetika naziri Pərviz Şahbazov Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
"Sizinxeber.az" nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Lənkəran şəhər Mədəniyyət Mərkəzində (ünvan: Akademik Zərifə Əliyeva küçəsi, 99) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), e-poçt ünvanı, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Lənkəran" filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov: əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: ) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
Oxşar xəbərlər
Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edəcək
Pərviz Şahbazov Göygöldə vətəndaşları qəbul edəcək
Energetika naziri Tərtərdə vətəndaşları qəbul edəcək
Energetika naziri Xaçmazda vətəndaşları qəbul edəcək
Energetika nazirinin Tərtərdə keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













