Pərviz Şahbazov Göygöldə vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Pərviz Şahbazov Göygöldə vətəndaşları qəbul edəcək


Oktyabrın 18-də energetika naziri Pərviz Şahbazov Göygöl, Gəncə, Goranboy, Naftalan, Samux, Daşkəsən və Kəlbəcərdən olan vətəndaşları qəbul edəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Göygöl rayon Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Hummel küçəsi, AZ2500) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs: Vüsal Paşayev: əlaqə telefonu: (055) 233-97-99, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Oxşar xəbərlər

Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edəcək
Energetika naziri Xaçmazda vətəndaşları qəbul edəcək
Rəşad Nəbiyev Bərdədə vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər