SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunda istixana qazlarının emissiyasının azaldılması təmin olunub.
"Report" xəbər verir ki, bunu SOCAR-ın törəmə müəssisəsi - “Caspian Innovation Center”in (CIC) Baş Məlumat Mütəxəssisi Azad Hüseynov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 5-ci günündə bildirib.
"SOCAR-da ENOM (Energy Network Optimizing Model) sistemindən istifadə edilir. Süni intellekt əsaslı bu sistem Karbamid Zavodunda tətbiq edilir. Səmərəlilik nöqteyi nəzərdən biz bunun çoxsaylı müsbət nəticələri görürük. Bunlardan ən vacibi odur ki, biz emisiyaları azaltmağa nail olduq. Daha dəqiq desək hər il 2 000 avtomobilin yaratdığı tullantı səviyyəsində azalma təmin olunub",- deyə o qeyd edib.
Oxşar xəbərlər
"SOCAR-Uniper" noyabrda “Etilen-Polietilen” zavodunda turbogenerator qurğusunu işə salacaq
SOCAR-ın vitse-prezidenti: “Metan emissiyaları ilə mübarizədə süni intellekti tətbiq etməyi planlaşdırırıq"
Prezident: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır
SOCAR metan emissiyalarının azaldılması prinsiplərinin həyata keçirilməsində fəal iştirak edir
“Fitch”: SOCAR 2023-2025-ci illərdə hasilatı artıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













