"SOCAR-Uniper" noyabrda “Etilen-Polietilen” zavodunda turbogenerator qurğusunu işə salacaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın “Uniper” şirkətinin birgə müəssisəsi “SOCAR-Uniper” şirkəti noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda turbogenerator qurğusunu işə salacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu “Uniper”in Azərbaycan nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli Bakıda keçirilən “Caspian Energy Forum”da deyib.
“Bu, “SOCAR-Uniper” tərəfindən “Azərkimya” üçün enerji səmərəliliyi sahəsində həyata keçirilən böyük layihədir. Deyə bilərik ki, layihə artıq başa çatıb və COP29 konfransı çərçivəsində “Etilen-Polietilen” zavodunda elektrik enerjisi və buxar istehsalı üçün turbogenerator qurğusunun işə salınması ilə bağlı rəsmi mərasim keçiriləcək.
O qeyd edib ki, məqsəd zavodu elektrik enerji ilə təmin edən Buxar Generator Kompleksinin enerji effektivliyini və istehsal gücünü artırmaqdır.
R.Hüseynli əlavə edib ki, SOCAR və “Uniper” uzun illərdir ki, “Şahdəniz” yatağından təbii qazın tədarükü, eləcə də insan resursları, texnoloji mübadilə, emissiyaların azaldılması, enerji səmərəliliyi sahələrində uğurla əməkdaşlıq edir.
Xatırladaq ki, 2016-cı ildə SOCAR Almaniyanın “Uniper” şirkəti ilə saziş imzalayaraq, “SOCAR-Uniper” birgə müəssisəsini yaradıb. “Etilen-polietilen zavodunda hazırkı Buxar Generator Kompleksinin 32 Mvt/s layihə gücünün 65 Mvt/s layihə gücünə çatdırılması işləri uğurla tamamlanır. Bunun üçün əlavə turbogenerator quraşdırılırıb və mövcud texnoloji sistem təkmilləşdirilib.
Oxşar xəbərlər
Sumqayıtda iri sənaye kompleksi modernizasiyadan sonra istifadəyə veriləcək
SOCAR və “Uniper” strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsini nəzərdən keçirib
"Uniper" şirkəti Azərbaycan qazının alışını artıra bilər
SOCAR-ın prezidenti “Uniper Se”nin İdarə Heyətinin üzvü və baş kommersiya direktoru ilə görüşüb
Azərbaycan “Uniper” ilə “mavi hidrogen” sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













