

TAP-ın imkanlarının genişləndirilməsi çərçivəsində infrastruktur işlərinə başlanılıb
Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) operatoru olan TAP AG boru kəməri şirkəti kəmərin tutumunun genişləndirilməsi çərçivəsində sentyabrda infrastruktur işlərinə başlayacaq.
"Report" bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, işlərin aparılması TAP-ın Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) birləşdiyi Yunanıstan-Türkiyə sərhədindəki Kipoidə planlaşdırılır.
“Boru kəmərinin tutumunun (ildə 1,2 milyard kubmetr) artırmaq üçün 2021-ci ildə məcburi bazar sınaqlarının birinci mərhələsi uğurla başa çatdıqdan sonra, TAP-ın genişləndirilməsi layihəsi çərçivəsində sentyabrın 19-dan 30-dək Kipoi birləşmə nöqtəsində infrastruktur işləri planlaşdırılıb”, - şirkətdən qeyd edilib.
Bildirilib ki, bu müddət ərzində TAP AG birləşmə nöqtələrində mövcud imkanlardan maksimum istifadə etməyi, eyni zamanda ağıllı və ehtiyatlı operator kimi çıxış etməyi planlaşdırır.
“Bununla əlaqədar, sentyabrın 17-dən oktyabrın 1-dək gözlənilən Kipoinin texniki imkanları sutkada 349 milyon 887 min 515 kVt/saat, Melenduqno birləşmə nöqtəsində isə sutkada 290 milyon 866 min 796 kVt/saat təşkil edəcək. Hazırda TAP-a birləşmə nöqtələrində tutum məhdudiyyəti yoxdur”, - məlumatda vurğulanıb.
Xatırladaq ki, 2021-ci ildə bazar sınaqlarının nəticələrinə əsasən, TAP-ın səhmdarları 2026-cı il yanvarın 1-dək onun gücünü ildə 10 milyard kubmetrdən əlavə olaraq illik 1,2 milyard kubmetrə artırmaq barədə öhdəlik götürüb.
Daha əvvəl TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) "Report"a müsahibəsində bildirib ki, bu, genişləndirmə layihəsinin ilk mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyon avrodur. Bu mərhələ çərçivəsində Kipoidakı mövcud kompressor stansiyasına daha bir kompressor qurğusu əlavə edəcək və avadanlıq yenilənəcək.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.
Oxşar xəbərlər
CQD-də profilaktik işlərlə əlaqədar Azərbaycan qazının İGB ilə tədarük həcmi azalacaq
TAP-ın genişləndirilməsi ilə bağlı veriləcək son qərarın vaxtı açıqlanıb
Azərbaycan qazının TAP və IGB ilə nəqlinə qoyulan məhdudiyyətin bitmə vaxtı açıqlanıb
TAP 2026-cı ilə qədər qaz nəqlini ildə 1,2 milyard kubmetr artıra biləcək
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
