Azərbaycan qazının TAP və IGB ilə nəqlinə qoyulan məhdudiyyətin bitmə vaxtı açıqlanıb
Cənub Qaz Dəhlizinin (SGC) qaz kəmərləri sisteminin bir hissəsində aparılan profilaktik işlərlə əlaqədar Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Azərbaycan qazının nəqlinə qoyulan məhdudiyyətlər avqustun 12-dək qüvvədə olacaq.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TAP qaz kəmərinin operatoru olan “TAP AG” boru kəməri şirkətindən məlumat verilib.
“Trans Adriatic Pipeline AG” təsdiq edir ki, Cənub Qaz Dəhlizinin TAP-a qədər olan hissəsində avqustun 5-dən aparılan və həmin ayın 12-dək davam edəcək planlı təmir işləri ilə əlaqədar hazırda qaz kəmərində qaz axını məhdudlaşdırılıb”, - şirkətdən bildirilib.
Vurğulanıb ki, TAP sistemi və ötürmə qabiliyyəti tam olaraq əlçatan olsa da, qaz nəqli sistemində planlı təmir işləri Yunanıstan-Türkiyə sərhədindəki Kipoy birləşmə nöqtəsində TAP-a daxil olan qaz axınının azalmasına səbəb olub.
Daha əvvəl şirkətdən verilən məlumata görə, profilaktik işlərlə əlaqədar Trans-Adriatik qaz kəməri ilə Azərbaycan qazının nəqlinə qoyulan məhdudiyyətlərin avqustun 9-dək davam edəcəyi bildirilirdi.
Analoji məhdudiyyətlər 5-11 avqust tarixlərində Azərbaycan qazının Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə nəqlinə də tətbiq olunacaq.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
