Niderland səfiri: "Azərbaycanla iqtisadi əməkdaşlıq üçün böyük potensial var"
Azərbaycanla Niderland arasında iqtisadi əməkdaşlıq üçün böyük potensial var.
Bunu “Report” açıqlamasında Niderlandın Azərbaycandakı səfiri Pauline Eizema bildirib.
Onun sözlərinə görə, hazırda Bakıda keçirilən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan”) sərgilərində 6 Niderland şirkəti də təmsil olunur: “Burada iştirak etdiyimizə görə çox qürurluyuq. Ölkəmizi təmsil edən şirkətlərimiz əsasən tərəvəzçilik (bağçılıq) sektorunda fəaliyyət göstərir. Amma toxum istehsalı üzrə ixtisaslaşmış bir və damazlı məqsədli diri mal-qaranın tədarükü üzrə ixtisaslaşmış bir şirkətimiz də var ki, bu da çox önəmlidir. Hələlik konkret müqavilələrin imzalanması barədə məlumat yoxdur, lakin şirkətlər müştərilərlə fəal danışıqlar aparır və ümid edirik ki, bu, gələcəkdə daha sıx əməkdaşlığa səbəb olacaq. Biz burada fəaliyyət göstərmək istəyən şirkətlərlə daim ünsiyyətdəyik və sevinirik ki, bu gün 6 şirkəti bazarı araşdırmaq üçün Azərbaycana gətirmişik”.
Səfir əlavə edib ki, hazırda Azərbaycanda təxminən 40-a yaxın Niderland şirkəti kənd təsərrüfatı sektorunda fəaliyyət göstərir: “Digər sahələrdə də - su təsərrüfatı, logistika, dənizçilik və limanların genişləndirilməsi üzrə çalışan şirkətlərimiz mövcuddur. Məsələn, Ələtdə yerləşən Bakı Limanında logistika və liman tikintisi ilə məşğul olan Niderland şirkəti var. Həmçinin işıqlandırma sahəsində də şirkətlərimiz var. Demək olar ki, bütün sahələrdə Niderland şirkətləri təmsil olunur”.
Onun sözlərinə görə, Niderland şirkətləri ilə aparılan müzakirələrdə onların Azərbaycana marağı hiss olunur: "COP29 tədbirinə hazırlıq dövründə bu maraq daha da artdı. Keçən il Niderlandın su təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər etdi. Su təsərrüfatı bizim çox güclü olduğumuz sahədir və Azərbaycanda da bu sahədə çox iş görülür. Bundan başqa, bərpa olunan enerji, xüsusilə dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur”.
Oxşar xəbərlər
Bakıda "Caspian Agro" və "InterFood Azerbaijan” sərgiləri işə başlayıb
Prezident “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
Bakıda növbəti "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri olacaq
Gələn həftə Bakıda kənd təsərrüfatı və qida sərgiləri keçiriləcək
Mayda “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













