Tramp İranla gərginliyin kəskin artması ilə bağlı təcili iclas keçirib
sizinxeber.az xəbər saytı

Tramp İranla gərginliyin kəskin artması ilə bağlı təcili iclas keçirib


ABŞ Prezidenti Donald Trump iyunun 10-da Ağ Evin “Situasiya Otağı”nda milli təhlükəsizlik komandası ilə təcili iclas keçirib.

APA xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə iclasda İranla gərginliyin kəskin artması, ABŞ-ın İrana endirdiyi son zərbələr və mümkün növbəti addımlar müzakirə olunub.

Məqalədə bildirilir ki, Tramp Tehranın nüvə sazişi üzrə cavabı gecikdirməsindən narazıdır və hesab edir ki, İran Vaşinqtonu vaxt uzatmaqla aldatmağa çalışır.

ABŞ administrasiyası həm hərbi təzyiqi artırmaq, həm də diplomatik kanalları tam bağlamamaq variantlarını nəzərdən keçirir.

Mənbələrə görə, nəzərdən keçirilən variantlardan biri İranı danışıqlarda mövqeyini dəyişdirməyə məcbur etmək məqsədi daşıyan genişmiqyaslı, lakin qısamüddətli əməliyyatdır.

Oxşar xəbərlər

KİV: ABŞ kəşfiyyatı İranla bağlı mümkün ssenariləri qiymətləndirir
Tramp İranın dolayı nüvə danışıqları təklifini nəzərdən keçirir
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
Makron İranla ABŞ arasında artan gərginliklə bağlı müdafiə kabinetinin iclasını keçirib
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər