"Atletiko" Alvaresi "Real"a 150 milyon avroya satmaqdan imtina edib
sizinxeber.az xəbər saytı

"Atletiko" Alvaresi "Real"a 150 milyon avroya satmaqdan imtina edib


"Atletiko" argentinalı hücumçu Xulian Alvaresin transferi ilə bağlı "Real"ın 150 milyon avroluq təklifindən imtina edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "Real"ın Direktorlar Şurasının iclasında Alvaresin hüquqlarının €150 milyona alınması barədə qərar qəbul edilib, lakin Madridin digər təmsilçisi "Atletiko" oyunçunun satınalma bəndinə istinadən təklifi rədd edib.

Qeyd edək ki, 26 yaşlı Xulian Alvares 2024-cü ildən "Atletiko Madrid"in heyətində çıxış edir. Daha əvvəl hücumçu İngiltərənin "Mançester Siti" klubunda oynayıb və komandanın tərkibində iki dəfə İngiltərə çempionu (2023, 2024), bir dəfə Çempionlar Liqasının (2023), klublararası dünya çempionatının (2023) qalibi, ölkə Kubokunun (2023) və Superkubokunun (2024), UEFA Superkubokunun (2023) sahibi olub.

Alvares Argentina millisinin heyətində 51 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib. Hücumçu milli komanda ilə birlikdə 2022-ci il dünya çempionatını, Amerika kubokunu (2021, 2024) və Finalissimanı (2022) qazanıb.

Xatırladaq ki, mayın 29-da İspaniyanın "Barselona" klubu argentinalı hücumçu Xulian Alvares üçün "Atletiko"ya 100 milyon avroluq rəsmi təklif göndərib.

Oxşar xəbərlər

PSJ Xulian Alvaresin transferi üçün "Atletiko"ya 100 milyon avro təklif etməyə hazırdır
"Barselona" Xulian Alvaresi "Atletiko"dan transfer etməyi planlaşdırır
"Atletiko" dünya çempionu ilə müqavilə bağlayacaq
İspaniya La Liqası: “Real” və “Atletiko Madrid” heç-heçə edib
Xulian Alvares UEFA Çempionlar Liqasında 25 qola Messidən tez çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər