Moldova Azərbaycandan neft məhsulları və təbii qaz idxalında maraqlıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
apr
2025
12:30

Moldova Azərbaycandan neft məhsulları və təbii qaz idxalında maraqlıdır

07 apr, 2025
12:30
904

Moldova Azərbaycandan neft məhsulları və təbii qaz idxalında maraqlıdır

Moldova Azərbaycandan neft məhsulları və təbii qaz idxalına maraq göstərir.

Bu barədə “Sizinxeber.az” Moldovanın Energetika Nazirliyinə istinadən xəbər verib.

"Energetika naziri Dorin Cungiyetu Bakıya rəsmi səfəri çərçivəsində aprelin 4-də bir sıra yüksək səviyyəli görüşlər keçirib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə danışıqlar zamanı nazir Moldovanın enerji mənbələrinin şaxələndirilməsində və Azərbaycandan neft məhsulları və təbii qaz idxalında maraqlı olduğunu bildirib", - məlumatda bildirilib.

D.Cungiyetu həmçinin Moldovanın enerji bazarına Azərbaycan şirkətlərindən investisiyaların cəlb edilməsi məsələsini müzakirə edib, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb.

"Biz SOCAR-ın Moldovaya digər ölkələrlə müqayisədə rəqabətqabiliyyətli qiymətlərlə neft məhsulları və təbii qaz ixracı imkanlarını araşdırmağa çalışırıq, bu, enerji daşıyıcılarının əlçatanlığını və təhlükəsizliyini təmin edəcək", - nazir qeyd edib.

O, həmçinin iki ölkə arasında strateji tərəfdaşlığı təşviq etmək və yeni investisiyalar cəlb etmək məqsədilə Moldovanın enerji sektorunda investisiya iqlimi haqqında məlumat mübadiləsinin mümkünlüyü məsələsini qaldırıb.

Xatırladaq ki, aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası keçirirlib. Bu tədbirlərdə Moldova nümayəndə heyəti də iştirak edib.

Tədbirlər çərçivəsində D.Jungiyetu Moldovanın enerji təhlükəsizliyini təmin etmək üçün təbii qaz təchizatı mənbələrinin daim şaxələndirilməsinin zəruriliyini, həmçinin bərpa olunan enerji istehsalının inkişafı və onun enerji sisteminə inteqrasiyası, eləcə də enerji səmərəliliyinin artırılması proqramlarının dəstəklənməsi üçün beynəlxalq investorlarla əməkdaşlığın vacibliyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın