
Dorin Junqiyetu: “Moldova Azərbaycanla birgə bioqaz istehsalında maraqlıdır”

Dorin Junqiyetu: “Moldova Azərbaycanla birgə bioqaz istehsalında maraqlıdır”
Moldova bioqaz istehsalının inkişafında son dərəcə maraqlıdır və şübhəsiz ki, Azərbaycan şirkətlərinin və investorlarının iştirakını alqışlayır.
Bunu “Sizinxeber.az”a eksklüziv müsahibəsində Moldovanın energetika naziri Dorin Junqiyetu bildirib.
“Hazırda Moldovada bioqaz istehsalı potensialı üzə çıxarılmayıb. Bu gün ölkədə cəmi 7 MVt-a yaxın bioqaz əsaslı generasiya gücü quraşdırılıb. Bu, nisbətən bahalı enerji mənbəyidir, lakin onun əsas üstünlüyü sabitlikdir: o, hava şəraitindən asılı olmamaqla yanaşı, külək və ya günəşdən fərqli olaraq qeyri-müntəzəm deyil”, - nazir qeyd edib.
Onun sözlərinə görə, xammal bazasından logistika və əməliyyat xərclərinə qədər bir sıra aspektlər nəzərə alınmalıdır.
“Lakin biz bütün lazımi məlumatları, yardım və ekspert dəstəyini təmin etməyə hazırıq”, - Junqiyetu əlavə edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.