"Azəristiliktəchizat" bu il 4-5 qazanxanasını modernləşdirəcək
sizinxeber.az xəbər saytı

"Azəristiliktəchizat" bu il 4-5 qazanxanasını modernləşdirəcək


Bu il Azərbaycanda istismar müddəti başa çatmış 4-5 qazanxananın modernləşdirilməsi nəzərdə tutulur.

Bu barədə "Sizinxeber.az"a "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.

Bildirilib ki, hazırda istilik təsərrüfatlarında hidravlik sınaq işləri başa çatdırılıb, yeni mövsümə hazılıqla bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq təmir bərpa işlərinə başlanılıb.

Həmçinin, 2025-2026-cı illər istilik mövsümündə istismar müddəti başa çatmış 7 ədəd qazanxana sökülərək tam şəkildə yenidən qurulub. Bundan başqa qurumun daxili imkanları hesabına Mingəçevir şəhərində 1 ədəd və Ağcabədi rayonunda 1 ədəd köhnə tipli istismara yararsız qazanxana qismən modernləşdirilərək müasir tipli qazanlar quraşdırılıb və hər iki qazanxana ötən il noyabr ayının 15-də istismara verilib.

Oxşar xəbərlər

“Azəristiliktəchizat”: 200 obyektin istiliklə təchizatı yaxşılaşdırılacaq
Qazanxanaların yenidən qurulmasına başlanılıb
"Azəristiliktəchizat”ın 8 qazanxanası yenidən qurulacaq
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər