Bir qrup din xadimi Qarabağ və Şərqi Zəngəzurdakı məscidləri ziyarət edib
sizinxeber.az xəbər saytı

Bir qrup din xadimi Qarabağ və Şərqi Zəngəzurdakı məscidləri ziyarət edib


Şamaxı rayonunda fəaliyyət göstərən din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı iştirakçılar Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Çöl Qala, Saatlı və Mamayı, Ağdam rayonundakı Cümə və Qiyaslı məscidlərində, həmçinin Zəngilan məscidində olublar.

Onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri, işğal dövründə məruz qaldıqları dağıntılar, eləcə də işğaldan azad olunduqdan sonra həmin dini-mədəni irs nümunələrində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bərpa işləri barədə ətraflı məlumat verilib.

Ziyarətlərdə işğal dövründə dağıdılmış və ya ciddi zərər görmüş tarixi-dini abidələrin mövcud vəziyyəti, onların bərpası istiqamətində dövlət tərəfindən görülən sistemli tədbirlər iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma proqramlarında dini və mədəni irsin qorunması xüsusi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bir çox layihələr icra olunur. Fondun dəstəyi ilə bölgədə yerləşən dini abidələrin, ziyarətgahların restavrasiyası istiqamətində mühüm işlər görülür.

Oxşar xəbərlər

Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub
Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar
Prezident və Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər
Gündüz İsmayılov: Azad edilmiş ərazilərdəki tarixi-dini abidələr turizm məqsədilə də istifadə ediləcək
Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər