Nazir: "Qırğızıstan Azərbaycandan ayda 30 min tona qədər neft məhsulları idxal etməyi nəzərdə tutur"
sizinxeber.az xəbər saytı

Nazir: "Qırğızıstan Azərbaycandan ayda 30 min tona qədər neft məhsulları idxal etməyi nəzərdə tutur"


Qırğızıstan Azərbaycandan neft məhsulları idxalının həcmini ayda 20-30 min tona qədər artırmağı nəzərdə tutur.

Bu barədə "Report"a müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.

"Yaxın vaxtlarda SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə ikitərəfli görüşümüzün keçirilməsi planlaşdırılır. Görüş zamanı mən Qırğızıstana neft və neft məhsullarının – ayda təqribən 20-30 min ton benzin və dizel yanacağının – tədarük həcminin artırılması məsələsini qaldırmaq niyyətindəyəm. Hazırda çöl işlərinin başlandığını və turizm mövsümünün yaxınlaşdığını nəzərə alsaq, ölkəmizdə yanacaq-sürtkü materiallarının istehlakı artacaq. Buna görə də biz əvvəllər əldə olunmuş razılaşmalar çərçivəsində tədarük həcmlərinin artırılmasını xahiş edəcəyik", - o vurğulayıb.

Nazirin sözlərinə görə, Qırğızıstan SOCAR-la əməkdaşlığı bundan sonra da inkişaf etdirməyə hazırdır: "Aramızda dostluq və konstruktiv münasibətlər formalaşıb. Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hökumətinə xüsusi təşəkkürümü bildirmək istərdim. Dövlət başçıları səviyyəsində göstərilən siyasi dəstək sayəsində ölkələrimiz arasında qardaşlıq münasibətləri formalaşıb".

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.

Oxşar xəbərlər

Taalaybek İbrayev: "Qırğızıstan Azərbaycandan neft və neft məhsullarının tədarükünü artırmağı planlaşdırır" - MÜSAHİBƏ
Taalaybek İbrayev: “Qırğızıstan Azərbaycandan neft almaqda maraqlıdır” - EKSKLÜZİV
İki ayda Azərbaycan 4 milyon tona yaxın neft ixrac edib
Qazaxıstan bu il Almaniyaya 3 milyon ton neft tədarük etməyi planlaşdırır
SOCAR ötən il neft emalı və neft-kimya məhsullarının ixracını təxminən 3 % artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər