SOCAR ötən il neft emalı və neft-kimya məhsullarının ixracını təxminən 3 % artırıb
sizinxeber.az xəbər saytı

SOCAR ötən il neft emalı və neft-kimya məhsullarının ixracını təxminən 3 % artırıb


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ildə 2 milyon 309,642 min ton neft emalı və neft-kimya məhsulları ixrac edib.

Bu barədə “Sizinxeber.az” SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.

Bildirilib ki, 2023-cü ildə SOCAR xaricə 2 milyon 246,411 min ton neft emalı və neft-kimya məhsulları tədarük edib. Bununla da, 2024-cü ildə bu göstərici 2,8 % artıb.

Oxşar xəbərlər

Azərbaycanda ötən il 6 milyon tona yaxın neft emal edilib
“SOCAR Türkiyə Enerji” yeni neft-kimya güclərinin yaradılmasına tələb olunan investisiyaların həcmini açıqlayıb
SOCAR: Neft Emalı Zavodundakı yanğın zamanı xəsarət alan yoxdur
SOCAR bu ilin ikinci rübü üzrə istehsalat göstəricilərini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər