Keniya Ali Məhkəməsinin nümayəndə heyəti Qarabağa səfər edib
Azərbaycanda səfərdə olan Keniya Respublikası Ali Məhkəməsinin sədri xanım Martha Koomenin rəhbərlik etdiyi nümayəndə heyətinin Qarabağ bölgəsinə səfəri təşkil olunub.
Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti əvvəlcə Şuşa şəhərində olub. Qonaqlar Azərbaycanın mədəniyyət paytaxtının tarixi və memarlıq abidələri ilə tanış olublar. Səfər çərçivəsində nümayəndə heyəti dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü, Şuşa qalasını və dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət edib. Qonaqlara Şuşa şəhərinin zəngin tarixi-mədəni irsi, işğal dövründə şəhərə vurulmuş ziyan və azadlıqdan sonra burada həyata keçirilən bərpa işləri barədə məlumat təqdim olunub.
Daha sonra nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib. Qonaqlar şəhərdə həyata keçirilən yenidənqurma və inkişaf layihələri ilə tanış olub, Xankəndi Məhkəmə Kompleksi və Zəfər Parkını ziyarət ediblər. Səfər zamanı nümayəndə heyətinə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, bölgənin sosial-iqtisadi inkişafı və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Qonaqlar Qarabağa səfərini yüksək qiymətləndirərək, bölgədə müşahidə etdikləri inkişaf prosesləri barədə müsbət təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, səfərdə Azərbaycanın Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.
Oxşar xəbərlər
İrlandiya parlamentinin nümayəndə heyəti Şuşa şəhərində olub
İrlandiya parlament nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərində olub
Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti Xankəndinin Zəfər meydanına olub - YENİLƏNİB
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
Diplomatlar Xankəndidə Zəfər Parkında - Video
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
