SOCAR və bp qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək
SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və bp bu gün enerji təchizatı təhlükəsizliyinin artırılması mədsədilə beynəlxalq neft və qaz apstrim (kəşfiyyat və hasilat) layihələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq niyyətlərini dəstəkləyən bir anlaşma memorandumu (AM) imzaladıqlarını elan ediblər.
Bu barədə "Sizinxeber.az Economics"-ə bp-dən məlumat verilib.
Memorandum çərçivəsində şirkətlər beynəlxalq səviyyədə karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində sinerji potensialını və bir sıra yeni investisiya imkanlarını birgə qiymətləndirəcək.
Memorandum həmçinin bu iki şirkətin dünyaya etibarlı və əlçatan enerji təchizatını təmin etmək imkanlarının qiymətləndirilməsində öz təcrübə və biliklərini bölüşmək niyyətini əks etdirir.
SOCAR-ın prezidenti Rövşən Nəcəf dedi: “Azərbaycan üçün tarixi əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə təsadüf edən bu saziş SOCAR ilə bp arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrində yeni səhifə açır. Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji bazarlarında əsas təchizatçılarından birinə çevrilməsini təmin etdi. Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyamıza uyğun olaraq, bu gün biz gələcəkdə təhlükəsiz və dayanıqlı enerji təchizatını təmin etmək üçün yeni imkanları araşdırır, bu istiqamətdə birgə fəaliyyətimizi davam etdiririk”.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Bu gün biz SOCAR-la yeni əməkdaşlıq erasının təməlini qoyuruq. Biz 30 ildir ki, Azərbaycanın neft və qaz ehtiyatlarının uğurla işlənməsində birgə çalışırıq və bu uğurlar ölkənin həm region, həm də dünya üçün etibarlı enerji təchizatçısı rolunu təmin etmişdir. İndi isə regionda və qlobal miqyasda yeni əməkdaşlıq sahələrini axtarmaq və yeni tərəfdaşlıq imkanlarına başlamaq vaxtıdır. Biz birlikdə daha çox iş görə bilərik. Dünyaya bu gün ehtiyac duyduğu enerjini təmin etmək üçün səylərimizi birləşdirərək SOCAR-la əməkdaşlığın yeni səhifəsinə başlamaqdan çox məmnunuq”.
Oxşar xəbərlər
SOCAR qaz nəqli sahəsində İtaliya şirkəti ilə əməkdaşlıq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
bp və SOCAR Xəzər dənizində iki blok üzrə anlaşma memorandumu imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR “Eni S.p.A” şirkəti ilə upstream layihələrində investisiya imkanlarını nəzərdən keçirəcəklər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












