XRG Azərbaycanda iştirakını genişləndirmək hədəfləyir
sizinxeber.az xəbər saytı

XRG Azərbaycanda iştirakını genişləndirmək hədəfləyir


Əbu-Dabinin Milli Neft Şirkətinin (ADNOC, BƏƏ) qlobal investisiya bölməsi olan XRG Azərbaycandakı iştirakını genişləndirmək üçün ölkə ilə danışıqlar aparır.

"Sizinxeber.az" xəbər verir ki, bunu XRG-nin aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadros Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda bildirib.

"Son bir il yarım ərzində biz tacın incisindən: SOCAR komandası ilə tərəfdaşlıq vasitəsilə Azərbaycandakı iştirakımızdan başladıq. Biz "Abşeron" layihəsində tərəfdaşıq, Cənub Qaz Dəhlizində pay əldə etmək üzrə saziş imzalamışıq, həmçinin burada, Azərbaycanda iştirakımızı genişləndirmək barədə danışıqlar aparırıq", - B.Tadros bildirib.

Onun sözlərinə görə, enerji layihələri, xüsusən də transsərhəd layihələr son dərəcə mürəkkəbdir, bahalıdır və yüksək risk səviyyəsi ilə müşayiət olunur: "Burada yerin təkindən istifadə, layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, maliyyələşdirmə, kommersiya danışıqları və maraqlı tərəflərlə iş sahəsində bacarıqlar tələb olunur. Tərəfdaşlıq riskləri azaltmağa, həmçinin layihənin daha sürətli və səmərəli şəkildə reallaşdırılmasını təmin etməyə kömək edir. Son il yarım ərzində məhz bununla məşğul olmuşuq və artıq iştirakımızın, möhkəm mövqelərimizin olduğu Azərbaycandan başlayaraq, bu məsələ ilə məşğul olmağa davam edəcəyik".

Oxşar xəbərlər

XRG: Azərbaycandakı fəaliyyətimizi daha da genişləndirmək üçün müzakirələr aparırıq
Azərbaycan Çin şirkəti ilə enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalayıb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
“ACWA Power” Azərbaycanda fəaliyyətini genişləndirmək istəyir
Alparslan Bayraktar: "TPAO “Şəfəq-Asiman” qaz yatağı layihəsinin səhmdarı olacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər