SOCAR emissiyaların azaldılmasının əlavə yollarını araşdırır
sizinxeber.az xəbər saytı

SOCAR emissiyaların azaldılmasının əlavə yollarını araşdırır


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft-qaz şirkəti olaraq emissiyaların azaldılmasının əlavə yollarını araşdırır.

"Sizinxeber.az" xəbər verir ki, bunu SOCAR-ın Enerji keçidi, ətraf mühit və dekarbonizasiya seqmenti üzrə vitse-prezidentinin müavini Teymur Quliyev Bakıda keçirilən "Caspian Energy Forum"da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, SOCAR iki il əvvəl rəhbərliyin təşəbbüsü ilə "yaşıl enerjiyə" keçidə başlayıb: "SOCAR həmişə neft və qaz sahəsində ixtisaslaşmış enerji şirkəti kimi tanınıb. Lakin bu gün enerji keçidinə doğru qlobal trend müşahidə olunur və bir çox aparıcı şirkətlər artıq davamlı enerjiyə yönəliblər. SOCAR bu nümunələrə baxaraq COP28 ərəfəsində bu işlərə start verdi".

T.Quliyev qeyd edib ki, proses çətin olub, çünki ölkədə "yaşıl enerji" və dekarbonizasiya sahəsində mütəxəssislər çatışmırdı: "Bu vəzifələri həyata keçirmək üçün SOCAR prosesi sürətləndirmək və qısa müddətdə nəticələr əldə etmək üçün beynəlxalq ekspertləri cəlb edib".

O bildirib ki, COP28-də SOCAR ilk dəfə olaraq dekarbonizasiya hədəflərini ictimaiyyətə təqdim edib: "Əsas hədəf 2050-ci ilə qədər sıfır xalis emissiyaya nail olmaqdır. Növbəti mərhələyə şirkətin hədəflərinin bölüşdürülməsi daxildir ki, bunun çərçivəsində "yaşıl enerji" layihələrinin həyata keçirilməsi ilə məşğul olan "SOCAR Green" şirkəti yaradılıb".

Oxşar xəbərlər

SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
SOCAR Xorvatiyaya qaz təchizatına başlayıb
SOCAR Sloveniyaya qaz təchizatına başlayıb
SOCAR-ın strukturunda “SOCAR Green” MMC şirkəti təsis edilib
SOCAR prezidenti: “Enerji keçidi məsələsi bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle