“Reuters”: Çinli mütəxəssislər Rusiya hərbçilərinə gizli təlim keçib
sizinxeber.az xəbər saytı

“Reuters”: Çinli mütəxəssislər Rusiya hərbçilərinə gizli təlim keçib


Çinli hərbi mütəxəssislər ötən il Rusiya ordusunun hərbi qulluqçularına gizli təlim keçib.

Bu barədə iki avropalı rəsminin “Reuters”ə ötürdüyü sənəddə deyilir.

Məlumata görə, təlim Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinin razılığı əsasında keçirilib və bu prosesdə azı 4 rusiyalı və çinli general iştirak edib.

Bildirilib ki, Rusiya müdafiə naziri Andrey Belousovun qərarı ilə Rusiya hərbi heyəti təlimlərdə iştirak etmək üçün Çinə səfər edib.

Üç həftə davam edən təlimlərdə çinli instruktorların rusiyalı hərbçilərə kimyəvi və radioloji kəşfiyyat, eləcə də ventilyasiya sistemlərinin radioaktiv çirklənmədən qorunması haqqında kurs keçdiyi qeyd olunub.

Rusiya və Çin Müdafiə nazirlikləri məsələyə münasibət bildirməyib.

Oxşar xəbərlər

Rusiya donanma təlimlərinə başlayıb
Rusiya müdafiə naziri Çinə rəsmi səfər edib
Rusiya nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib - VİDEO
Rusiya və Monqolustan hərbçiləri birgə təlim keçirir
Kreml Çin ordusunun Rusiya hərbçilərinə təlim keçməsi xəbərini təkzib edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər