Luis de la Fuente: "Uruqvay millisi həddindən artıq sərt oynayırdı"
sizinxeber.az xəbər saytı

Luis de la Fuente: "Uruqvay millisi həddindən artıq sərt oynayırdı"


Uruqvay millisinin futbolçuları İspaniyaya qarşı həddindən artıq sərt oynayıblar.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Luis de la Fuente Uruqvaya qarşı keçirdikləri DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları görüşü şərh edib:

"Çox çətin, gərgin və yüksək səviyyəli oyun oldu. Rəqib həddindən artıq sərt oynayırdı, amma qaydaların tətbiqi hakimlərin işidir. Futbolçular vəziyyəti çox düzgün qiymətləndirdilər və qələbə qazanmaq üçün lazım olan hər şeyi etdilər. Bu komanda ilə həqiqətən fəxr edirəm. Onlar daim inkişaf edir və müxtəlif oyun variantlarına malikdirlər. Bu qarşılaşma futbol baxımından bizim sevdiyimiz üslubun tam əksi idi. Buna baxmayaraq, komandam bunun öhdəsindən gəlməyi bacardı".

Qeyd edək ki, İspaniya yığması Uruqvayı 1:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Luis de la Fuente: "Qazandığımız qələbə qarşıdakı matçlara inamla hazırlaşmağa imkan verir"
Marselo Byelsa: "Məni nəticə verməyən baş məşqçi kimi xatırlayacaqlar"
Uruqvay millisinin baş məşqçisi: "Səudiyyə Ərəbistanı məğlub etməli olduğumuz komanda idi"
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
İspaniya millisi baş məşqçisi ilə müqavilə müddətini artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər